Amorimi əvəz edən baş məşqçi qovuldu - RƏSMİ

Amorimi əvəz edən baş məşqçi qovuldu - RƏSMİ

Portuqaliyanın "Sportinq" klubunda son ayyarım ərzində ikinci baş məşqçi ayrılığı reallaşıb. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti sosial şəbəkə hesabı üzərindən paylaşaraq yayıb. 

"Sportinq" Joau Pereyra ilə əməkdaşlığı dayandırdıqlarını açıqlayıb.

Pereyra Ruben Amorimin “Mançester Yunayted”ə getməsindən sonra (11 noyabr) baş məşqçi təyin edilmişdi. O vaxtdan bəri komanda bütün turnirlərdə keçirdiyi 8 oyunda 4 məğlubiyyətlə üzləşib.

Yeni baş məşqçinin kimliyi də böyük ölçüdə bəllidir. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, Ruy Borxes komandanın yeni baş məşqçisi təyin olunacaq. Artıq tərəflər bütün sənədləri imzalayıblar. Sadəcə, keçidin rəsmən elan olunması qalır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər