Amorim bazar günü "Old Trafford"da olacaq? - Özü açıqladı

Amorim bazar günü "Old Trafford"da olacaq? - Özü açıqladı

Lissabon "Sportinq"inin çalışdırıcısı Ruben Amorim "Mançester Yunayted"ə baş məşqçi təyin ediləcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sky Sport" onun sözlərini belə çatdırıb:

"Hələ heç nə həll olunmayıb. Bilmirəm, bu oyun mənim üçün vida matçı olacaq, ya yox. Bazar günü "Old Trafford"a yollanacam? Yox, mən "Sportinq"də olacam".

Daha öncə mətbuatda MY-nin Amorinlə sonradan uzadılması da nəzərdə tutulan 2 illik müqavilə ilə bağlı razılığa gəldiyi barədə informasiyalar dərc edilib. İngiltərə nəhənginin "Sportinq"ə 10 milyon avro təzminat ödəyəcəyi bildirilib.

Xatırladaq ki, Mançester klubunun rəhbərliyi oktyabrın 28-də Erik ten Haqı istefaya göndərib.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər