Yunanıstan Super Liqasında 19-cu turun bir neçə oyunu keçirilib. Fanat.Az xəbər verir ki, bu qış AEL-lə müqavilə bağlayan Amit Quluzadə komandasının heyətində debüt matçına çıxıb.
Evdə “Kerkira”nı qəbul edən AEL-in 1:1 hesablı bərabərliyə razılaşdığı qarşılaşmanın 46-cı dəqiqəsində oyuna qoşulan Amit normal çıxışla yadda qalıb.
Quluzadənin komandası turnir cədvəlində 16 komanda arasında 13-cü pillədədi.
Fanat.Az