Portuqaliya çempionatının II Liqasında (Segunda Liga) XXXI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, millimizin sabiq futbolçusu Amit Quluzadənin çıxış etdiyi "Atletiko" evdə “Braqa B” ilə qarşılaşıb.
Matçda qalib müəyyənləşməyib. Oyun 1:1 hesabı ilə başa çatıb. Quluzadənin adı bu dəfə də matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Atletiko" hazırda 31 xalla 19-cu pillədə yer aılır.
Fanat.az