Amit Quluzadə yenə debüt etmədi

Amit Quluzadə yenə debüt etmədi
Portuqaliya çempionatının I divizionunda növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Amit Quluzadənin transfer olunduğu Lissabon "Atletiko"su "Akademiko"nu (Viseu) qəbul edib.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Amit matçın iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə "18-liy"ə salınmayıb. "Bakı"nın sabiq üzvü İbrahim Karqbo isə start heyətində yer alıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Atletiko" 6 turda cəmi 5 xal qazanıb və hazırda 24 komanda arasında 21-ci pilləni tutur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər