Amit Quluzadə Super Liqada!

Amit Quluzadə Super Liqada!

“Sumqayıt”dan müəmmalı şəkildə ayrılan Amit Quluzadənin xarici klublardan təklif almasıyla bağlı yayılan informasiyalar doğrulub. Fanat.Az  xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Yunanıstan AEL-iylə razılığa gəlib.

 Həmyerlimiz artıq tibbi müayinədən uğurla keçib və rəsmi sözləşməyə qol çəkməyə hazırlaşır. AEL 13 turdan sonra eyni sayda xal toplayıb və Yunanıstan Super Liqasında turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Sabah larissalılar səfərdə “Platanias”la üz-üzə gələcək, futbolçumuz bu qarşılaşmanı tribunadan izləyəcək.

Larissa təmsilçisində top qovacaq Amitin daha öncə Portuqaliya “Atletiko”sunda tər tökdüyünü xatırladaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər