Amit Quluzadə start heyətində

Amit Quluzadə start heyətində
Portuqaliya Liqa Kubokunda II turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Amit Quluzadənin çıxış etdiyi "Atletiko" "Gil Visente"nin qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. İlk matçda rəqibinə 0:2 hesabı ilə yenilən "Atletiko" kubokda mübarizəni dayandırıb.
Amit Quluzadə meydana start heyətində çıxıb. Futbolçumuzu 68-ci dəqiqədə Pedro Ribeyro əvəzləyib.
Qeyd edək ki, Amit "Atletiko"nun heyətində avqustun 21-də "Trofense" ilə çempionat matçında debüt edib. Həmin oyunun 37-ci dəqiqəsində zədələnən futbolçumuz oktyabrın 26-adək meydandan kənarda qalıb. O, ayın 26-da "Feyrense" ilə çempionat matçının 60-cı dəqiqəsində oyuna daxil olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər