Portuqaliya Kubokunda 3-cü turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Amit Quluzadənin çıxış etdiyi "Atletiko" "Beyra Mar"ı qəbul edib.
Lissabon klubu 3:0 hesablı qələbə qazanıb. 46-cı dəqiqədə Kikinin yerinə meydana çıxan Amit komandasının qələbəsində pay sahibi olub.
Qeyd edək ki, Amit "Atletiko"nun heyətində ilk oyununu avqustun 31-də "Trofense"yə qarşı keçirmişdi. Bu matçda 37 dəqiqə oynayan futbolçumuz zədə aldığından həmin vaxtdan meydana çıxa bilməmişdi.
Fanat.az