Amit Quluzadə hansı türk klublarından təklif alıb?

Amit Quluzadə hansı türk klublarından təklif alıb?
Amit Quluzadə yenidən Türkiyədə çıxış edə bilər. Fanat.az xəbər verir ki, "Qəbələ"nin formasını geyinən 21 yaşlı yarımmüdafiəçi qardaş ölkədən iki təklif alıb.
Belə ki, "Şanlıurfaspor" və "Manisaspor" futbolçumuzun xidmətində maraqlıdı. Lakin Amit hələ qərar verməyə tələsmir. Əgər Yuri Syomin onun xidmətində maraqlı olmasa, o zaman Türkiyəyə üz tutucaq.
Qeyd edək ki, Amit 2011/12 mövsümündə "Kayseri Erciyəsspor"da çıxış edib. Türkiyədə 22 oyuna çıxan futbolçumuz 1085 dəqiqə oynayıb. O, 2012/13 mövsümündə keçdiyi "Qəbələ"də 22 oyun keçirib və 1736 dəqiqə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər