Amit Quluzadə 5:0-a sevindi

Amit Quluzadə 5:0-a sevindi
Portuqaliyanın Sequnda liqasında XIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Amit Quluzadənin çıxış etdiyi "Atletiko" "Sportinq"in B komandasını qəbul edib.
Oyun "Atletiko"nun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Amit 58-ci dəqiqədə "Bakı"nın sabiq üzvü İbrahim Karqbonu əvəzləyib. Həmin vaxt hesab 3:0 olub.
Qeyd edək ki, "Atletiko" 13 turdan sonra 15 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər