Portuqaliyanın Sequnda Liqasında XIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Amit Quluzadənin çıxış etdiyi "Atletiko" "Sportinq Kovilya"nın qonağı olub.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Amit start heyətində yer alıb. Futbolçumuzu fasilədə Luis Kortes əvəzləyib.
Qeyd edək ki, "Atletiko" 14 oyundan sonra 15 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Fanat.az