Amil Ağacanov "Simurq"da

Amil Ağacanov "Simurq"da

"Simurq" daha bir transferini rəsmiləşdirib. Komanda ötən mövsüm AZAL-da forma geyinmiş Amil Ağacanovla 2 illik rəsmi müqavilə imzalayıb. Təcrübəli əlcək ustası Zaqatala təmsilçisinin heyətində 35 nömrəli forma ilə çıxış edəcək. 

Qeyd edək ki, Amil karyerasının son iki mövsümünü AZAL-ın heyətində keçirib və 19 oyunda meydana çıxıb. Bundan qabaq isə "Muğan"ın şərəfini qoruyub.  

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər