Amerika Kuboku-2024: Uruqvay 1/4-də, meydan sahibləri dayandı

Amerika Kuboku-2024: Uruqvay 1/4-də, meydan sahibləri dayandı

Ötən gecə Amerika Kubokunda C qrupunun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, sonuncu - 3-cü qrupun görüşlərində Uruqvay meydan sahibi ABŞ, Panama isə Boliviya ilə üz-üzə gəlib. 

Luis Suaresli Uruqvay millisi ABŞ-ni 1:0 hesabı ilə məğlub edib, Matias Olivera 66-cı dəqiqəyə təsadüf edən yeganə qolun müəllifi olub. 

Digər görüşdə Panama Boliviya üzərində qələbə qazanıb - 3:1. 

Beləliklə, Uruqvay qrup mərhələsini 9 xalla birinci, Panama (6) ikinci, ABŞ (3) üçüncü, Boliviya (0) dördüncü yerdə başa vurub.

Artıq pley-offda üz-üzə gələcək cütlərdən ikisi bəllidir. Argentina 1/4 finalda Ekvadorla, Venesuela isə Kanada ilə görüşəcək. Uruqvayla Panamanın rəqibləri isə sabah müəyyələşəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər