Amad Diallo "Mançester Yunayted"də qalır

Amad Diallo "Mançester Yunayted"də qalır

İngiltərənin "Mançester Yunayted" klubu heyətində yer alan futbolçu Amad Diallonu satmaq niyyətində deyil.

Fanat.Az "Football Insider" nəşrinə istinadən xəbər verir ki, bəzi klublar oyunçunun transferi ilə bağlı əlaqə saxlasalar da, rəhbərlik buna müsbət yanaşmayıb.

Klub rəsmiləri gənc istedadı komandanın uzunmüddətli planlarının əsas hissəsi kimi görürlər.

Qeyd edək ki, Amad Diallonun Dünya Çempionatındakı uğurlu çıxışından sonra İtaliyanın "Milan" klubu da daxil olmaqla, bir çox komanda onunla maraqlanır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər