Altay Əliyev üçün xüsusi gün

Altay Əliyev üçün xüsusi gün
Bu gün Altay Əliyevin doğum günüdü. Fanat.az-ın kollektivi Altay bəyi 36 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona şəxsi həyatında və işlərində uğurlar arzulayır.
Qeyd edək ki, Altay Əliyev 1978-ci il may ayının 14-də Ağdam şəhərində anadan olub. 1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun "Beynəlxalq münasibətlər" fakultəsinə daxil olub. 1998-ci ildə bakalavr dərəcəsini bitirən Əliyev 2000-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "dünya siyasəti və beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsilini alıb. Jurnalist fəaliyyətinə 1995-ci ildə "525-ci qəzet"də başlayıb.
Altay Əliyev 1996-cı ildən AzTV-də fəaliyyətə başlayıb. O, dövlət televiziyasında 14 illik fəaliyyəti dövründə yalnız 2002-ci ildə ATV-də çalışıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər