Almeyda yeni komandasında debüt etdi

Almeyda yeni komandasında debüt etdi

Bu qış “Qarabağ”dan ayrılan Riçard Almeyda yeni klubu “Primavero”da debüt edib.

Fanat.Az xəbər verir ki, 35 yaşlı futbolçu Braziliya Paulistsa A2 liqasında 10-cu turun matçına çıxıb.

“Taubate” ilə oyun “Primavero”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xal hesabını 22-yə çatdıran “Primavero” zirvədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər