Almanların intiqamı ağır oldu: "Bavariya" və "Barsa" 1/2-də

Almanların intiqamı ağır oldu: "Bavariya" və "Barsa" 1/2-də
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Fanat.az хəbər verir ki, bu gecə baş tutan 2 oyundan sonra yarımfinalın 2 iştirakçısı müəyyənləşib.
"Barselona" ilk oyunda 3:1 hesabı ilə yendiyi PSJ-ni qəbul edib. Kataloniya klubu doğma meydanda da qaələbə qazanıb - 2:0. Hər iki qola Neymar imza atıb. Bununla da "Barselona" yarımfinala vəsiqə əldə edib.
Gecənin digər oyununda "Bavariya" ilk oyunda 1:3 hesabı ilə uduzduğu "Portu"nu sınağa çəkibş. Münhen təmsilçisi doğma meydanda rəqibini darmadağın edərək hər şeyin bitmədiyini göstərib - 6:1. "Bavariya" ilk yarıda 5 qol vuraraq matçın taleyini həll edib. Robert Levandovski dubl edib, Tyaqo Alkantara, Jerome Boatenq və Tomas Müller hərəyə bir qol vurub. Münhenlilərin son qolunu matçın sonunda Xabi Alonso rəqib qapısından keçirrib. "Portu"nun təsəlli qoluna isə ikinci hissədə Cekson Martines imza atıb. Qarşılaşmanın sonlarında İvan Markano qırmızı vərəqə alaraq "Portu"nu azlıqda qoyub.
Qeyd edək ki, 1/4 final mərhələsi bu gün başa çatacaq. "Real" "Atletiko"nu (ilk oyun 0:0), "Monako" "Yuventus"u (ilk oyun 0:1) qəbul edəcək.
Çempionlar Liqası
2014/15 mövsümü
1/4 final (cavab oyunları)
21 aprel
Barselona (İspaniya) - PSJ (Fransa) 2:0
Qollar: Neymar, 14; 34. 
Barselona: Mark-Andre ter Stegen, Cerard Pike, Xavyer Maskerano, Jordi Alba, Daniel Alveş, İvan Rakitiç, Serxio Buskets (Serj Roberto, 55), Andres İnyesta (k) (Xavi Hernandes, 46), Luis Suares (Pedro Rodriges, 75), Lionel Messi, Neymar.
Ehtiyat oyunçular: Klaudio Bravo, Mark Bartra, Adriano, Rafinya.
Baş məşqçi: Luis Enrike.
PSJ: Salvatore Siriqu, Markuinyos, Maksvell, Qreqori Van der Viel, David Luiz, Yohan Kabaye (Lukas, 66), Blayse Matuidi (Adrian Rabiot, 80), Marko Verratti, Xavyer Pastore, Edinson Kavani (Ezekuel Lavezzi, 80), Zlatan İbrahimoviç.
Ehtiyat oyunçular: Nikolas Duçes, Zumana Kamara, Lukas Digne, Jean-Kristof Bahebek.
Baş məşqçi: Loran Blan.
Sarı vərəqə: David Luiz, 3.
Hakimlər: Svein Oddvar Moen, Kim Tomas Haqlund, Frank Andas, Sven Erik Midtcell (Norveç).
Əlavə köməkçi hakimlər: Ken Anri Yohnsen, Svein-Erik Edvartsen (Norveç).
Barselona. "Nou Kamp" stadionu.
Bavariya (Almaniya) - Portu (Poruqaliya) 6:1
Qollar: Tyaqo Alkantara, 14. Jerome Boatenq, 22. Robert Levandovski, 27. Tomas Müller, 36; 40. Xabi Alonso, 88 - Cekson Martines, 73.
Bavariya: Manuel Noyer, Rafinya (Sebastian Rode, 72), Jerome Boatenq, Xuan Bernat, Filip Lam (k), Holger Badstuber, Xabi Alonso, Tyaqo Alkantara (Dante, 90), Mario Götze (Mitçell Veyser, 86), Robert Levandovski, Tomas Müller.
Ehtiyat oyunçular: Pepe Reyna, Canluica Qaudino, Bastian Şvaynşteyger, Klaudio Pizarro.
Baş məşqçi: Pep Qvardiola.
Portu: Fabiano, Martins İndi, Maykon, İvan Markano, Dieqo Reyes (Rikardo, 33), Kasemiro, Yasin Brahimi (Evandro, 67), Ektor Herrera, Oliver Torres, Rikardo Kuareşma (Ruben Neves, 46), Cekson Martines (k).
Ehtiyat oyunçular: Helton, Xuan Quyntero, Ernani, Vinsent Abubakar.
Baş məşqçi: Julen Lopetequ.
Sarı vərəqələr: Holger Badstuber, 42 - Ektor Herrera, 34. Cekson Martines, 38. Rikardo, 65. İvan Markano, 71.
Qırmızı vərəqə: İvan Markano, 87.
Hakimlər: Martin Atkinson, Mixael Mullarkey, Stepan Kild, Darren England (İngiltərə).
Əlavə köməkçi hakimlər: Antoni Taylor, Krayq Pavson (İngiltərə).
Münhen. "Allianz Arena".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər