Hələ də Çempionlar Liqasında xal qazana bilməyən "Leypsiq" üçüncü turda evdə "Liverpul"a 0:1 hesabı ilə uduzub.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bununla da Almaniya klubu ilk dəfə ÇL-də ardıcıl üç ev oyununda məğlub olub.
"Leypsiq" “Liverpul”dan əvvəl, evdə “Yuventus”a (2:3) və “Real Madrid”ə (0:1) uduzub.
Sözügedən komanda Çempionlar Liqasında növbəti oyununu noyabrın 5-də səfərdə “Seltik”ə qarşı keçirəcək.
Mirağa