Tokio 2020-yə hazırlıq çərçivəsində Almaniya və Hondurasın Olimpiya milliləri bu gün yoldaşlıq oyununda qüvvələrini sınayıblar.
Fanat.Az xəbər verir ki, 85 dəqiqə davam edən görüş 1:1 hesabı ilə başa çatıb.
Oyunun bitməsinə 5 dəqiqə qalmış Almaniya seçməsi tam heyətlə meydanı tərk edib.
Millinin mətbuat xidmətinin yaydığı məlumata görə, buna səbəb Honduras yığmasının üzvünün alman futbolçu Cordan Torunariqinin ünvanına irqçi təhqir səsləndirməsi olub.
Qeyd edək ki, Tokio 2020-də D qrupunda yer alan Almaniya Braziliya, Kot-d`İvuar və Səudiyyə Ərəbistanı ilə müqbarizə aparacaq. Honduras isə Cənubi Koreya, Yeni Zelandiya və Rumıniya ilə B qrupunda yer alıb.
Röya