Almanlar coşdu: Messiyə 250 milyon avro

Almanlar coşdu: Messiyə 250 milyon avro
İspaniyanın ən məşhur idman proqramı "Punto Pelota"da şok iddia səsləndirilib. Fanat.az xəbər verir ki, proqramda "Bavariya"nın Lionel Messi üçün "Barselona"ya təklif göndərməyə hazırlaşdığı iddia olunub.
Məlumata görə, Almaniya klubu argentinalı ulduz üçün ispanlara 250 milyon avro təklif edəcək. İddia olunur ki, Pep Qvardiolanın istəyi ilə ediləcək təklif "Barselona" tərəfindən qəbul olunsa, transfer məbləğinin yarısını "Adidas" firması ödəyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər