Almaniyanın "Bild" qəzeti: "Özil 20 milyona klub alır"

Almaniyanın "Bild" qəzeti: "Özil 20 milyona klub alır"

"Fənərbağça"nın ulduz futbolçusu Məsut Özil Türkiyə klublarından birini satın almağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, Almaniyanın "Bild" qəzetinin gündəmə gətirdiyi sərmayənin qiymətinin 20 milyon lirə olduğu bildirilir.

Qəzet Özilin TFF 2-ci Liqa komandalarından biri olan “Çorumspor”u almaq istədiyini yazıb. “Çorumspor” prezidentinin klub üçün 1,3 milyon avro (20 milyon TL) tələb etdiyi və Özilin bu pulu ödəməsinin çox asan olacağı bildirilib.

Klub prezidenti Fatih Özcanın yerli mətbuatda “O, Türkiyədə oynayan dünyaca məşhur bir futbol klubunu almaqda maraqlıdır” sözlərinə yer verən qəzet öz səhifələrində “Çorumspor”un liqada 6-cı pillədə olduğunu yazıb.

"Çorumspor"un kapitanı Umut Kayanın da açıqlamalarını dərc edən qəzet, Məsutun klubla "Fənərbağça"dakı komanda yoldaşı İrfan Can Kahveci vasitəsilə əlaqə saxladığını əlavə edib. Kapitan danışıqların davam etdiyini vurğulayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər