DÇ-2018-in seçmə mərhələsinin son matçında millimiz üzərində 5:1 hesablı qələbə qazanan Almaniya rekord müəyyənləşdirib. Fanat.Az xəbər verir ki, son dünya çempionu seçmə mərhələni 43 qolla başa vurub.
Bu nəticə ilə Bundestim İspaniyanı geridə qoyub və bir tsikldə ən çox qol vurmağı bacaran milli kimi tarixə düşüb.
Qeyd edək ki, İspaniya AÇ-2000-nin seçmə mərhələsində 42 top vurmuşdu.
Fanat.Az