Almaniya uduzdu, İspaniya və İtaliya uddu - VİDEO

Almaniya uduzdu, İspaniya və İtaliya uddu - VİDEO
Milli komandalar arasında növbəti yoxlama oyunları keçirilir. Fanat.az xəbər verir ki, Almaniya millisi gözlənilməz məğlubiyyətlə üzləşib.
Slovakiyanı sınağa çəkən almanlar 1:3 hesabı ilə uduzub. İspaniya eyni hesabla Bosniya və Hersoqovinanı udub. Rumıniya - Ukrayna oyununda ukraynalılar qələbə qazanıb - 4:3. İtaliya isə Şotlandiyanı 1:0 hesabı ilə üstələyib.
Almaniya - Slovakiya 1:3
Qollar: Mario Qomes, 13-pen - Marek Hamşik, 41. Miçal Duris, 44. Yuray Kuçka, 52.
İspaniya - Bosniya və Hersoqovina 3:1
Qollar: Duran Nolito, 11; 18. Pedro, 90+5 - Emir Spahiç, 29.
Rumıniya - Ukrayna 3:4
Qollar: Qabriel Torje, 23. Denis Alibets, 74. Nikolae Stanku, 84 - Roman Zozulya, 43. Aleksandr Jinçenko,48. Yevgeni Konoplyanka, 54. Andrey Yarmolenko, 59.
İtaliya - Şotlandiya 1:0
Qol: Qraziano Pelle, 57.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər