Almaniya nəhəngləri ulduzlarını dəyişirlər

Almaniya nəhəngləri ulduzlarını dəyişirlər

"Bayern Münhen" ilə "Bayer Leverkuzen" oyunçu mübadiləsi etməyə hazırlaşırlar.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Kristian Falk yayıb. 

Mənbənin məlumatına görə, Münhen nəhəngi Florian Virts üçün son çempiona 18 yaşlı ulduzu Pol Vanneri təklif edə bilər. Daha doğrusu, mübadilə müqaviləsinə gənc futbolçunun daxil edilməsi planlaşdırılır. "Bayer" qarşı tərəfə əlavə məbləğ də ödəməlidir.

Vanner hazırda “Heydenhaym”da icarə əsasında çıxış edir və Bundesliqada son mövsüm 9 matça çıxaraq 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. 18 yaşlı futbolçu ilə "Bayer"dən başqa, "Leypsiq" klubu da maraqlanır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər