"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellingemin yeni iş yeri bəlli olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport"un jurnalisti Florian Plettenberq yayıb.
Məlumata görə, 19 yaşlı futbolçu Dortmund "Borussiya"sı ilə razılığa gəlib. Mənbə Bundesliqa təmsilçisinin bu keçid üçün İngiltərə klubuna təxminən 30 milyon avro ödəyəcəyini vurğulayıb.
Çempionşipdə 3-6-cı yerlər arasında elitaya vəsiqə turnirinin qalibi olan "Sanderlend" gələn mövsüm İngiltərə Premyer Liqasında mübarizə aparacaq.
"Borussiya" Bundesliqada 4-cü yeri tutaraq UEFA Çempionlar Liqasında oynamaq hüququ qazanıb.
Cob Bellingem "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingemin kiçik qardaşıdır.
Nihat