Almaniya millisinin üzvündən 11 illik etiraf: "Əlimdə olanı qiymətləndirmədim"

Almaniya millisinin üzvündən 11 illik etiraf: "Əlimdə olanı qiymətləndirmədim"

"Ayntraxt"ın yarımmüdafiəçisi Mario Götze 11 il əvvəlki səhvini etiraf edib. 

Fanat.Az xəbər verir ki, 32 yaşlı oyunçu bu barədə "Ayntraxtın səsi"-nə belə deyib: 

“Geriyə baxanda 2013-cü ildə Dortmund "Borussiya"sından "Bayern Münhen"ə keçidimin səhv olduğunu düşünürəm. Gəncikən Dortmundda daha çox qalmalı idim. Bu mənim inkişafım üçün daha yaxşı olardı. O zaman qərarlarımın gələcək karyerama necə təsir edəcəyini tam bilmirdim. Gənc olanda yalnız özünü və yolunu görürsən – perspektivə can atırsan. 

Klopp istedadlı mütəxəssis idi, o, mənim ilk məşqçim idi. Digər klublarda da belə olacağını düşünürdüm, amma bu, heç də belə deyildi. Mən çox şey bilmədiyim üçün əlimdə olanı qiymətləndirmədim".

Qeyd edək ki, Götze “Bayern Münhen”in heyətində 114 oyuna çıxıb və 36 qol vurub. o, 2016-cı ildə "Borussiya"ya qayıdıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər