Almaniya millisinin üzvü "Bayern"i bu kluba dəyişməyə yaxındır

Almaniya millisinin üzvü "Bayern"i bu kluba dəyişməyə yaxındır

"Bayern Münhen"in mərkəz yarımmüdafiəçisi Leon Qoretska gələn ay iş yerini dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Məlumata görə, "Tottenhem" 30 yaşlı futbolçunun agenti ilə danışıqlara başlayıb. Mənbə London təmsilçisinin baş məşqçisi Tomas Frankın təcrübəli oyunçunun heyətə qatılmasını vacib saydığını vurğulayıb.

Qoretskanın "Bayern" ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. O, 2018-ci ildən Münhen klubunda çıxış edir. Sözügedən futbolçu münhenlilərin sıralarında 6 dəfə Almaniya Bundesliqasının, 2 dəfə ölkə kubokunun, 2019/2020 mövsümündə Çempionlar Liqasının, 2020-ci ildə klublararası dünya çempionatının qalibi olub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər