Almaniya millisinin üzvü London klubunda - Rəsmi

Almaniya millisinin üzvü London klubunda - Rəsmi

"Vest Hem" yeni transferini elan edib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Lonton təmsilçisi son iş yeri PSJ olan Tilo Kererlə müqavilə bağlayıb. 

Rəsmi açıqlamaya görə, Almaniya millisinin müdafiəçisi "Vest Hem"lə 4 illik müqavilə imzalayıb.

25 yaşlı Kerer 2018-ci ilin yayında “Şalke”dən PSJ-yə keçmişdi. O, Fransanın yüksək liqasında 85 matçda iştirak edib.

Almaniya millisində 20 oyun keçirən müdafiəçi təqdimat mərasimində yeni klubuna keçidini belə dəyərləndirib: “Premyer Liqa dünyanın ən yaxşı liqasıdır. Mən burada futbol oynayacağım üçün çox həyəcanlıyam. Ümid edirəm ki, mümkün qədər tez uyğunlaşacağam". 

Qeyd edək ki, Kerer "Vest Hem"in bu yay reallaşdırdığı altıncı transferdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər