"Liverpul" Vircil van Deykə əvəzləyici tapıb. Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar” Almaniyadan futbolçu transfer etməyə yaxındır. Bu barədə "Football24" məlumat yayıb. Xəbərə görə, Mersisayd klubu Dortmund "Borussiya"sının futbolçusu Niko Şlotterbeki gözaltı edib. "Liverpul" 25 yaşlı müdafiəçi üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır. Almaniya millisinin üzvünə uzunmüddətli müqavilə təklif olunduğu bildirilir. Bu mövsüm Şlotterbek 6 oyun keçirib. Onun aktivində bir sarı və bir qırmızı vərəqə var.
Mirağa