Almaniya millisinin üzvü azarkeşin qolunu sındırdı - FOTO

Almaniya millisinin üzvü azarkeşin qolunu sındırdı - FOTO

Almaniya yığmasının hücumçusu Niklas Fyüllkruq AÇ-2024-ün açılış matçı öncəsi azarkeşin qolunu sındırıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Sport24" məlumat yayıb.

Almaniya millisinin üzvü azarkeşin qolunu sındırdı - FOTO

Forvard oyunöncəsi isinmə hərəkəti zamanı özünü saxlaya bilməyərək qapının arxasındakı azarkeşə xəsarət yetirib. Zərərçəkmiş oyunu buraxmaq məcburiyyətində qalıb: o, xəstəxanaya yerləşdirilib və qoluna gips qoyulub.

Fyüllkruq üzrxahlıq olaraq azarkeşə avtoqrafı olan köynək göndərəcəyini vəd edib.

Qeyd edək ki, Şotlandiya ilə debüt oyununda (5:1) əvəzetmədən meydana daxil olan Niklas komandasının 4-cü qoluna imza atıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər