Almaniya millisinin yarımmüdafiəçisi Marko Roys gələcəyi ilə bağlı qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, mövsümün sonunda klubu "Borussiya Dortmund" ilə müqaviləsi başa çatacaq futbolçu komandasında qalmaq istəyir.
Məlumatı "Sky" yayıb. Roys hazırda klubu ilə danışıqlar apardığını bildirib.
"Liverpul" və "Mançester Yunayted"in hədəfində olan Roys karyerasını "Borussiya Dortmund"da başa vurmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, 33 yaşlı vinger 2012-ci ildən "Borussiya Dortmund"un formasını geyinir. 252 oyunda meydana çıxan Marko 110 qola imza atıb.
Röya