Almaniya millisinin sabiq qapıçısı həbs oluna bilər

Almaniya millisinin sabiq qapıçısı həbs oluna bilər

London "Arsenal"ının və Almaniya millisinin sabiq qapıçısı Yens Lemann 420 min avro cərimələnib. Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, keçmiş futbolçu qonşusunun əmlakına ziyan vurmaq, polis əməkdaşlarını təhqir etmək və dələduzluq cəhdinə görə cəzalandırılıb. Mənbənin məlumatına görə, prokurorlar həmçinin Yensin on ay müddətinə həbs olunmasını istəyirlər. Lemanıın vəkili müvəkkilinə qarşı irəli sürülən ittihamları "dəlilik" adlandırıb.

Qapıçı karyerası ərzində “Şalke”, “Borussiya”, Londonun “Arsenal”ı və bir neçə başqa klubda çıxış edib. Yens Almaniya millisində 61 oyun keçirib və 41 qol buraxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər