Almaniya millisinin və "Bayern Münhen"in qapıçısı Yonas Urbiq zədələnib.
Fanat.Az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, sözügedən qolkiper yığmanın düşərgəsində sağ dizindən xəsarət alıb.
Urbiq bu gün İsveçrə seçməsi və martın 30-da Qana yığması ilə yoldaşlıq görüşlərini kənardan izləyəcək.
Xatırladaq ki, 22 yaşlı Yonas cari mövsüm "Bayern" firması ilə 14 matça çıxıb.
Toğrul