Almaniya millisinin hücumçusu London klubunda - Tibbi müayinədən keçdi

Almaniya millisinin hücumçusu London klubunda - Tibbi müayinədən keçdi

Dortmund "Borussiya"sının hücumçusu Niklas Füllkruq karyerasının İngiltərə Premyer Liqasında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, Almaniya millisinin 31 yaşlı forvardı "Vest Hem"ə transfer olunmaq üçün tibbi müayinədən keçib. Mənbə Niklasın bu gün rəsmi anlaşmaya imza atacağını vurğulayıb. Onunla imzalanacaq müqavilənin müddətinin 2027-ci ilin yayına qədər nəzərdə tutulacağı bildirilib.

Daha öncə bu keçidin "çəkicdöyənlər"ə 26 milyon avroya başa gələcəyi və Füllkruqun İngiltərə klubunda hər mövsüm üçün 3 milyon avro qazanacağı barədə informasiyalar dərc edilmişdi.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər