Almaniya millisinin ən yaxşı oyunçusu açıqlandı

Almaniya millisinin ən yaxşı oyunçusu açıqlandı

Almaniya millisinin vingeri Camal Musiala 2024-cü ildə formasını geyindiyi yığmanın ən yaxşı futbolçusu seçilib.

Fanat.Az Almaniya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, o, azarkeşlərin səsverməsinə əsasən komanda yoldaşlarını qabaqlayıb.

"Bayern Münhen"in 21 yaşlı üzvü tərəfdarların 56 faizinin səsini toplayıb. Musiala Florian Virts və Kay Havertsdən üstün olub.

Qeyd edək ki, sözügedən futbolçu ölkəsində keçirilən Avropa çempionatında meydana çıxdığı 5 matçda 3 qolla yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər