Almaniya millisinə qeyri-adi qadağa: Bu ölkələrdə oynaya bilməyəcəklər

Almaniya millisinə qeyri-adi qadağa: Bu ölkələrdə oynaya bilməyəcəklər
Almaniya Futbol Federasiyası milli komandalara maraqlı qadağa qoyub.
Fanat.Az xəbər verir ki, federasiya ölkə millilərinin qadın haqlarının pozulduğu ölkələrdə oynamasını qadağan edib. Bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib.
"Bundan sonra biz milli komandamızın qadınların stadiona və digər idman obyektlərinə girişini məhdudlaşdıran ölkədə oynamasına qadağa qoyuruq. Mənim təklifimlə İcraiyyə Komitəsinə təklif edilə layihə yekdilliklə qəbul olunub” deyə Almaniya Futbol Federasiyasının prezidenti  Frits Keller bildirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər