Almaniya millisi "Uembli" stadionuna buraxılmadı

Almaniya millisi "Uembli" stadionuna buraxılmadı
AVRO-2020-nin 1/8 final mərhələsində İngiltərəyığması ilə qarşılaşacaq Almaniya millisinin "Uembli" stadionunda məşq etməsinə qadağa qoyulub.
Fanat.Az xəbər verir ki, buna ot örtüyün əlverişsiz vəziyyətdə olması səbəb olub. 
Daha əvvəl İtaliya və Avstriya seçmələrinə də bu stadionda məşq keçməyə izin verilməmişdi. Londonda güclü yağış gözlənildiyi üçün stadionun ot örtüyünu qorumaq məcburiyyətinə qalıblar. 
Bu qərardan sonra Almaniya millisi hazırlıq planını pozaraq Nyurnberq yaxınlığında məşkunlaşıb. Sabah keçiriləcək görüş üçün bu axşam Londona uçacaqlar. 
 
Qeyd edək ki, AVRO-2020-in final görüşü "Uembli"də oynanılacaq. 
 
Aygün
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər