Almaniya, İtaliya və daha iki komanda

Almaniya, İtaliya və daha iki komanda
Almaniya, İtaliya, Çili və Əlcəzairin dünya çempionatı üçün yekun heyəti müəyyənləşib. Fanat.az xəbər verir ki, dörd komandanın baş məşqçisi mundiala gedəcək 23 nəfərlik heyəti açıqlayıb.
Baş məşqçi Yoahim Löv bu il ilk dəfə milli formanı geyinən Kristop Kramer, Erik Durm və Mattias Ginteri dünya çempionatına aparır. 
İtaliya millisində ən diqqətçəkən məqam Guzeppe Rossinin yoxluğudu. Baş məşqçi Cesare Prandelli onu dünya çempionatına aparmamaq qərarına gəlib. Bundan başqa İrlandiya ilə yoxlama oyununda ayağı qırılan Rikkardo Montolivo da Braziliyaya getməyəcək.
Çili yığmasının baş məşqçisi Xorxe Sampaoli "Yuventus"un sağ dizində zədə olan və dünya çempinatına yetişib-yetişməyəcəyi bəlli olmayan yarımmüdafiəçisi Arturo Vidalı da heyətə salıb.
Əlcəzair yığmasının baş məşqçisi Vahid Halilhociç ilkin heyətdə yer alan Adlene Quedyoura, Rafik Cebbur, Azzedine Douka, Nacereddine Xaled, Ryad Boudebuz, Amir Karaoui ve Fued Kadiri mundiala aparmamaq qərarına gəlib.
Almaniya yığmasının heyəti
Qapıçılar: Manuel Noyer (Bavariya), Roman Vaydenfeller (Borussiya, Dortmund), Ron-Robert Tsiler (Hannover 96).
Müdafiəçilər: Erik Drum, Kevin Qrosskroyts, Mats Hummels (hamısı "Borussiya", Dortmund), Jerom Boatenq, Filip Lam (hər ikisi "Bavariya"), Benedikt Hövedes (Şalke 04), Per Mertzaker (Arsenal, İngiltərə).
Yarımmüdafiəçilər: Mario Götze, Toni Kroos, Tomas Müller, Bastian Şvaynştayger (hamısı "Bavariya"), Yulian Draksler (Şalke 04), Marko Roys (Borussiya, Dortmund), Kristof Kramer (Borussiya, Münhenqladbax), Mattias Qinter (Frayburq), Sami Kedira (Real, İspaniya), Məsut Özil (Arsenal, İngiltərə).
Hücumçular: Lukaş Podolski (Arsenal, İngiltərə), Miroslav Kloze (Latsio, İtaliya), Andre Şürrle (Çelsi, İngiltərə).
İtaliya yığmasının heyəti
Qapıçılar: Canluic Buffon (Yuventus), Mattia Perin (Cenoa), Salvatore Sirigu (PSJ, Fransa).
Müdafiəçilər: Andrea Barzaqli Leonardo Bonuççi, Qiorqio Çiellini (hamısı "Yuventus"), Mattia De Skiqlio, İqnazio Abate (hər ikisi "Milan"), Matteo Darmian (Torino), Qabriel Paletta (Parma).
Yarımmüdafiəçilər: Andrea Pirlo, Klaudio Marçisio (hər ikisi "Yuventus"), Alberto Aquilani (Fiorentina), Antonio Kandreva (Latsio), Daniel De Rossi (Roma), Marko Parolo (Parma), Tiaqo Motta, Marko Verratti (hər ikisi PSJ). 
Hücumçular: Alessio Cerçi, Siro İmmobile (hər ikisi "Torino"), Mario Balotelli (Milan), Antonio Kassano (Parma), Lorenzo İnsigne (Napoli).
Çili yığmasının heyəti 
Qapıçılar: Klaudio Bravo (Real Sosyedad, İspaniya), Conni Herrera (Universidad de Çili), Kristofer Toselli (Universidad Katolika).
Müdafiəçilər: Hari Medel (Kardiff Siti, İngiltərə), Jose Rojas (Universidad de Çili), Euqenio Mena (Santos, Braziliya), Qonzalo Jara (Nottinghem Forest, İngiltərə).
Yarımmüdafiəçilər: Jose Pedro Fuenzalida (Kolo Kolo), Arturo Vidal, Maurisio İsla (hər ikisi "Yuventus"), Marselo Diaz (Bazel, İsveçrə), Françisko Silva (Osasuna, İspaniya), Felipe Qutyerres (Tvente, Hollandiya), Karlos Karmona (Atalanta, İtaliya), Jean Beausejur (Viqan, İngiltərə), Çarles Aranquiz (İnternasional, Braziliya), Miiko Albornoz (Malmö, İsveç), Xorxe Valdivia (Palmeyras, Braziliya), Fabian Orellana (Selta, İspaniya).
Hücumçular: Esteban Paredes (Kolo Kolo), Aleksis Sançes (Barselona, İspaniya), Eduardo Varqas (Valensiya, İspaniya), Maurisio Pinilla (Kalyari, İtaliya). 
Əlcəzair yığmasının heyəti
Qapıçılar: Kedrik Si Mohamed (Konstantine), Mohamed Lamine Zemmamouçe (USM Alger), Rais Mbolhi (ÇSKA, Bolqarıstan). 
Müdafiəçilər: Karl Medyani (Valensyenn, Fransa), Aissa Mandi (Reyms, Fransa), Fauzi Qulam (Napoli, İtaliya), Rafik Halliçe (Akademika, Portuqaliya), Essad Belkalem (Uatford, İngiltərə), Liassine Kadamuro (Malyorka, İspaniya), Camel Mesbah (Livorno, İtaliya), Mehdi Mostefa (Ayayyo, Fransa), Macid Bouqerra (klubsuz).
Yarımmüdafiəçilər: Sofiane Feqouli (Valensiya, İspaniya), Saphir Tayder (İnter, İtaliya), Medhi Lasen (Xetafe, İspaniya), Abdelmoumen Cabou (Klub Afrikain, Tunis), Yasin Brahimi (Qranada, İspaniya), Nabil Bentaleb (Tottenhem, İngiltərə), Hassan Yebda (Udineze, İtaliya), Riyad Mahrez (Leyçester, İngiltərə).
Hücumçular: İslam Slimani (Sportinq, Portuqaliya), Hilal Sudani (Dinamo, Xorvatiya), Nabil Gilas (Portu, Portuqaliya). 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər