Almaniya hələ bu günə düşməmişdi - Tarixi antirekord

Almaniya hələ bu günə düşməmişdi - Tarixi antirekord

Almaniya yığması yoldaşlıq görüşündə məğlub olub. 

Fanat.Az xəbər verir ki, Bundestim avstriyalılardan iki cavabsız top buraxaraq uduzub. 

Almanlar üçün bu, 2023-cü ildə üzləşdiyi altıncı yenilgi olub. Komanda il ərzində keçirdiyi on bir matçın yarıdan çoxunu uduzdular. 

"Opta"nın məlumatına görə, bu, millinin antirekordunun təkrarıdır. Almaniya 2018-ci ildə də eyni sayda məğlubiyyət alıb. Hansı ki, bu görüşlərin ikisi Rusiyada keçirilən dünya çempionatına təsadüf edib. Amma həmin il Almaniya millisi daha çox - on üç oyun keçirib.

Xatırladaq ki, Almaniya yığması dördqat dünya çempionudur. Bundestim sonuncu dəfə 2014-cü ildə mundialın qalibi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər