Almaniya coşdu, Yunanıstan rusvay oldu

Almaniya coşdu, Yunanıstan rusvay oldu
AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Fanat.az хəbər verir ki, bu gecə qitə arenalarında 8 matç baş tutub.
D qrupunda lider Polşa Kaхaber Tsхadadzenin baş məşqçisi olduğu Gürcüstanı 4:0, Almaniya autsayder Cəbəllütariqi 7:0 hesabı ilə yenib. Qrupun digər oyununda İrlandiya və Şotlandiya qarşılaşıb. Matçı 1:1 hesabı ilə başa çatıb.
F qrupunda lider Rumıniya Şimali İrlandiyanın qonağı olacaq. Oyunda hesab açılmayıb - 0:0. Finlandiya evdə Macarıstana 0:1 hesabı ilə uduzub. Gecənin sensassiyasına Farer adalır imza atıb. İlk oyunda Yunanıstanı 1:0 hesabı ilə yenən "cırtdan ölkə" yığması doğma meydanda da bu komandadan üstün olub - 2:1.
I qurupunda Kriştiano Ronaldonun forma geyindiyi Portuqaliya Ermənistanın qonağı olub və 3:2 hesablı qələbə qazanıb. Qrupun digər oyununda isə Danimarka Serbiyanı yenib - 2:0.
Qeyd edək ki, bu gecə 3 futbolçu het-trik edib. Portuqaliyadan Kriştiano Ronaldo Ermənistanla, Polşadan Robert Levandovski Gürcüstanla, Almaniyadan Andre Şkürrle Cəbəllütariqlə oyunda 3 qol vurub. Almanlardan Maks Kruse isə dubl edib.
AVRO-2016
Seçmə mərhələ
13 iyun
D qrupu
Polşa - Gürcüstan 4:0
Qollar: Arkadiuş Milik, 63. Robert Levandovski, 89; 90+2; 90+3.
İrlandiya - Şotlandiya 1:1
Qollar: Conatan Valters, 38 - Con O`Şea, 47.
Cəbəllütariq - Almaniya 0:7
Qollar: Andre Şkürrle, 28; 65; 71. Maks Kruse, 47; 81. İlkay Gündoğan, 51. Kərim Bellarabi, 57.

1.

Polşa

6

4

2

0

20:3

14

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər