Almaniya Budesliqası: "Bavariya" uduzdu, Rur derbisində darmadağın

Almaniya Budesliqası: "Bavariya" uduzdu, Rur derbisində darmadağın
Almaniya Bundesliqasında 22-ci turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.
 
Lider "Bavariya” çətin "Ayntraxt” (Frankfurt) səfərinə yollanıb. Münhen təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib.
 
Mönhenqladbax "Borussiya”sı da evdə "Maynts”a uduzub. Dortmund "Borussiya”sı səfərdə "Şalke”ylə üz-üzə gəlib. Rur derbisində qonaqlar darmadağına sevinib.
 
Almaniya Bundesliqası
22-ci tur
19 fevral
 
Arminiya – Volfsburq 0:3
Qollar: Şteffen, 29; 47. Arnold, 54.
 
20 fevral
 
Borussiya (Mönhenqladbax) – Maynts 1:2
Qollar: Ştindl, 26 – Onisivo, 10. Ştoger, 86.
 
Ayntraxt – Bavariya 2:1
Qollar: Kamada, 12; Yunes, 31 – Levandovski, 53.
 
Köln – Ştutqart 0:1
Qol: Kaladziç, 49.
 
Frayburq – Yunion 0:1
Qol: Promel, 64.
 
Şalke – Borussiya (Dortmund) 0:4
Qollar: Sanço, 42. Haland, 45; 79. Gerrero, 60.
 
21 fevral
 
16:30 Auqsburq – Bayer
18:30 Herta – Laypsiq
21:00 Hoffenhaym – Verder
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər