"Arsenal" yay fasiləsində qapıçı mövqeyinə də transfer etmək məcburiyyəti qarşısında qala bilər.
Fanat.Az xəbər verir ki, buna səbəb alman qolkiper Bernd Lenonun London klubundan ayrılmaq istəməsidir.
"Kicker"in iddiasına görə, 30 yaşlı "çərçivə" qoruyucusu komandadakı durumundan narazıdır. Əsas heyətdə nadir hallarda gözə dəyən Bernd daha çox oynamaq istəyir.
Leno ötən mövsüm Premyer Liqada cəmi 4 oyun keçirib. Onun "topçular"la olan müqaviləsinin müddəti 2023-cü ilin iyun ayına qədərdir.
Mirağa