Alman klubu azarkeşlərindən polisə şikayət edir

Alman klubu azarkeşlərindən polisə şikayət edir
"Şalke" azarkeşlərindən polisə şikayət edəcək.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb fanatların futbolçulara hücum etməsidir. Komanda Bundesliqanın 30-cu turunda "Arminiya"ya 0:1 hesabı ilə uduzub və 1988-ci ildən sonra ilk dəfə 2-ci Bundesliqaya yuvarlanıb. Oyundan sonra azarkeşlər futbolçulara yumurta atıb və onlardan bir neçəsinə hücum edib. Nəticədə klub məşqləri aprelin 26-da bərpa etməyi qərara alıb. "Şalke" məsələ ilə bağlı istintaqa kömək edəcəyini də açıqlayıb.
Oyunçular azarkeşlərin hücumuna görə qalan 4 turda da meydana çıxmaya bilərlər.
Qeyd edək ki, "Şalke" turnir cədvəlində 13 xalla 18-ci pillədə qərarlaşıb. Komanda sona 4 tur qalmış 16-cı sıradakı "Herta"dan 13 xal geridədir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər