Alman jurnalistlər Bundesliqanın ən yaxşısını seçdi

Alman jurnalistlər Bundesliqanın ən yaxşısını seçdi
"Bayer Münhen”in hücumçusu Robert Levandovski Almaniyada 2021-ci ilin ən yaxşı futbolçusu seçilib. 
Fanat.Az xəbər verir ki, Almaniya İdman Jurnalistləri Birliyinin apardığı sorğuda Levandovski 563 səsdən 356-sını toplayıb. 
 
Səsvermədə ikinci yeri Münhen klubunun digər hücumçusu Tomas Müller (41), üçüncü yeri "Borussiya"nın (Dortmund) forvardı Erlinq Holand (38) tutub.
 
Beləliklə, polşalı futbolçu ardıcıl ikinci dəfə Almaniyada ilin ən yaxşı oyunçusu seçilib.
 
Qeyd edək ki, Levandovski ötən mövsüm 40 oyuna çıxıb, 48 qol vurub və 9 qolun ötürməsini verib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər