Alman azarkeşlər ÇL oyununa buraxılmayacaq - İtaliya XİN UEFA-nı məlumatlandırdı

Alman azarkeşlər ÇL oyununa buraxılmayacaq - İtaliya XİN UEFA-nı məlumatlandırdı

Çempionlar Liqasının 1/8 final mərhələsində "Napoli"nin rəqibi olan Frankfurt "Ayntraxt"ı cavab görüşünə azarkeşsiz çıxacaq.

Fanat.Az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Buna İtaliya Xarici İşlər Nazirliyinin bilet satışına icazə verməməsi səbəb göstərilib. Qarşı tərəf artıq bu barədə UEFA-nı məlumatlandırıb. 

Qeyd edək ki, iki komandanın azarkeşləri arasında Frankfurtdakı qarşılaşmada iğtişaş yaşanmışdı. Bu, İtaliya Xarici İşlər Nazirliyinin cavab görüşünün azarkeşlərinin iştirakı olmadan keçirilməsi barədə qərar qəbul etməsi ilə nəticələnib.

“Ayntraxt” “Napoli” ilə ilk oyunda 0:2 hesabı ilə məğlub olub. Cavab qarşılaşması martın 15-də Neapolda keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər