Alleqri "Sevilya"ya məğlubiyyət barədə belə danışdı

Alleqri "Sevilya"ya məğlubiyyət barədə belə danışdı

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri komandasının Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Sevilya"ya 1:2 hesabı ilə uduzaraq (ilk oyunda tərəflər hərəyə 1 qol vurmuşdu) finala çıxa bilməməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Football Italia" onun dediklərini belə çatdırıb:

"Bu, yaxşı çıxış idi. Oyun futbolçularımız, xüsusilə gənc oyunçularımız üçün təcrübə oldu. Gərgin qarşılaşmaya şahidlik etdik. Biz qol vura, hesabı 2:1 edə bilərdik. Ancaq hesabda öncə olarkən bir neçə səhv buraxdıq və bizi cəzalandırdılar. Hər şey ola bilərdi. Onlar qol vurdular, biz isə yox. 

Təəssüf ki, çox ağır mövsüm keçirdik. İndi A Seriyasında ikinci yeri tutmaq üçün toparlanmalıyıq. Biz məyusluqdan qurtulmalı və bu enerjini xal hesabımızı artırmağa yönəltməliyik".

Qeyd edək ki, Avropa Liqasının finalında "Sevilya" "Roma" ilə üz-üzə gələcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər