Alleqri Pol Poqbanı belə cəzalandırdı

Alleqri Pol Poqbanı belə cəzalandırdı

Uzun sürən zədə üzündən bu mövsüm "Yuventus" forması ilə cəmi 2 oyuna çıxan Pol Poqbanın adı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Frayburq"a qarşı keçiriləcək görüşün iştirak ərizəsinə salınmayıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Massimiliano Alleqri Fransa millisinin üzvünü məşqə gecikdiyinə görə cəzalandırıb.

Məlumatı sosial şəbəkə hesabları üzərindən italiyalı jurnalist Covanni Albaneze yayıb.

Xatırladaq ki, "Yuventus" - "Frayburq" görüşü bu gün reallaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər