Alinejad İranın DÇ-2022-dən uzaqlaşdırılması üçün FİFA-ya müraciət etdi

Alinejad İranın DÇ-2022-dən uzaqlaşdırılması üçün FİFA-ya müraciət etdi

İranlı aktivist xanım - Məsih Alinejad FİFA-ya rəsmi müraciət ünvanlayaraq İran İslam Respublikasının milli komandasının DÇ-2022-dən qovulmasını xahiş edib.

Fanat.Az "Radio Farda"ya istinadən xəbər verir ki, Alinejad bu barədə sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.

O, İranın idman siyasətini aşağılayıb, mövcud vəziyyəti bütün dünyaya olduğu kimi çatdırmaq üçün ünlü hüquqşünaslarla əlaqə yaratdığını vurğulayıb. Alinejad yalnız futbol yığmasının deyil, İranın digər idman növləri üzrə də beynəlxalq fəaliyyətinin dayandırılması uğrunda mübrizə aparacağını deyib.

Qeyd edək ki, daha öncə qadınların stadionlara getməsini dəstəkləyən təşkilatlardan biri də ali futbol qurumuna eyni məzmunlu müraciət göndərmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər