Ali Gökdemirin baş məşqçisi qovuldu

Ali Gökdemirin baş məşqçisi qovuldu
"Hannover 96" baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, komandanın çalışdırıcısı Mirko Slomka bu gün istefaya göndərilib.
Bundesliqa klubunun bununla bağlı yaydığı açıqlamada bildirilir ki, baş məşqçi ilə bu gün keçirilən görüşdən sonra rəhbərlik onunla yollarını ayırmaq qərarına gəlib. Açıqlamada həmçinin qeyd olunur ki, yeni baş məşqçinin adı yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, "Hannover 96"nın U-23 komandasında çıxış edən millimizin üzvü Ali Gökdemir əsas heyətin qış toplanışına qatılacaq. Amma futbolçumuz Mirko Slomkanın rəhbərliyi altında hazırlıq keçə bilməyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər