"Tayfun Korkutla çalışdığım üçün fəxr edirəm. Türkiyə millisində 48 oyun keçirmiş, "Fənərbaxça" kimi böyük bir klubun formasını geyinmiş tanınan bir futbolçu olub. O, meydanın kənarında duruşu ilə belə fərqli bir mütəxəssisdi". Fanat.az xəbər verir ki, "Hannover 96"nın formasını geyinən millimizin üzvü Ali Gökdemir deyib.
"Hannover 96" hazırda Antalyanın Bələkdə təlim-məşq toplanışı keçir. Əsas heyətlə hazırlıqlarda iştirak edən millimizin üzvü Türkiyə mətbuatına açıqlama verib. Gökdemir komandasının ikinci dövrəyə hazırlıqlarından danışıb: "Hazırlıqlarımız yaxşı gedir. Baş məşqçi dəyişikliyindən sonra yeni bir taktika və futbol anlayışı ilə oynayırıq. İlk hazırlıq matçında "Herta" ilə (0:0) heç-heçə oynadıq. Yaxşı oyun oldu. Tayfun hoca hər kəsə şans verdi. Keçmiş baş məşqçimiz Mirko Slomka güclü komandalara qarşı oyunlarda gənc futbolçulara şans verməzdi. Amma Tayfun Korkut "Herta" matçında gənc futbolçuları da oynatdı".
Millimizin üzvü Bundesliqanın ilk dövrəsini 18 xalla 13-cü yerdə başa vurduqlarını komandanın yaxşı oynadığı oyunlarda xal itirdiyini bildirib: "Kemiş baş məşqçimizlə ilk yarıda yaxşı oynasaq da (Ali Gökdemir ilk yarıda əsas komandanın yox, U-23-ün formasını geyinib - red.), çox xali itirdik. Qazana biləcəyimiz matçlarda fərdi səhvlər nəticəsində qollar buraxdıq. Oyuna köklənmə ilə bağlı problemlərimiz var idi. Son dəqiqələrdə qol buraxdığımız matçlar da oldu".
Ötən mövsüm aldığı zədə üzündən A komandasının heyətində meydana çıxmadığını xatırladan Gökdemir hazırda özünü yaxşı hiss etdiyini bildirib: "Uzun müddətli zədə səbəbindən meydana çıxa bilmədim. Belimdə ağrılar var idi. Sabiq baş məşqçimizə oyun təcrübəsi qazanmaq üçün ikinci komandada oynamaq istədiyimi dedim. Orda formamı bərpa etdim. Hazırda yaxşıyam belə davam etməsini istəyir".
Fanat.az